Azerbaycandan Ininal Gibi olan kart Ininaldan bile iyi.

RustemMikayilov

Taş Madencisi
Mesajlar
85
En iyi cevaplar
0
Beğeniler
6
Puanları
40
Salam men Rustem namı değer FTD . Sizə bu gün PortManat haqqında bilgi vereceyem. PortManat ne demek dir.Bu bilgileri Azerbaycan dilinde deyeceyem.

Portmanat hesabı necə açılır?

Portmanat.az saytına daxil olunur, Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat ərizə formasında Ad, Soyad və hazırda işlək vəziyyətdə olan istənilən mobil operatora məxsus mobil nömrə qeyd olunur və aşağıda Qeydiyyatdan keç düyməsinə vurulur. Bu zaman qeydiyyatdan keçdiyiniz mobil nömrənizə SMS ilə aktivasiya kodu gəlir. Sonra Portmanat.az saytında Mobil nömrə xanasına qeydiyyatdan keçdiyiniz mobil nömrənizi, Parol xanasına isə mobil nömrənizə gələn aktivasiya kodunu yazıb Daxil ol düyməsini vurduqdan sonra hesabınıza daxil olaraq hesabınızı aktivləşdirmiş olursunuz.

Parolu necə dəyişmək olar?

Parolu necə dəyişmək olar?

Portmanat saytında Portmanatım düyməsinə vurulur, açılan səhifədə Şəxsi Məlumatlar bölməsinə daxil olunur, pəncərənin yuxarı hissəsində Parolu dəyiş düyməsinə vurulur. Bu zaman açılan Parol Dəyişmə ərizə formasında Köhnə parol xanasına hal-hazırda işlətdiyiniz parol, Yeni parol xanasında yeni işlədəcəyiniz parol, Yeni parolun təkrarı xanasında yeni işlədəcəyəniz parol təkrar qeyd edilir və aşağıdakı Yadda saxla düyməsinə vurulur




BALANS ƏMƏLİYYATLARI

Portmanat balansımı hansı üsullarla artıra bilərəm?

1. Portmanat Kod

Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Portmanat Kod seçilib vurulur. Açılan səhifədə Kodu daxil edin xanasına on üç rəqəmdən ibarət Portmanat Kod şifrəsi daxil edilib, Balans artır düyməsinə vurulur.

2. Plastik Kart

Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Plastik kart seçilib vurulur. Açılan səhifədə Məbləği daxil edin xanasına istənilən məbləğ daxil edilib, Balans artır düyməsinə vurulur. Bu zaman Portmanat hesabınıza bağlı olan mobil nömrənizə SMS vasitəsilə dörd simvoldan ibarət kod göndərilir, sonra mobil nömrəyə gələn kod Şifrə xanasına daxil edilib, Təsdiq edin düyməsi vurulur. Açılan səhifədə Ödəniş səhifəsinə keçin düyməsini vurmaqla plastik kart rekivizitlərini doldurma ərizəsinə keçilir. Burada Kart nömrəsi xanasına on altı rəqəmdən ibarət plastik kartın nömrəsi, İstifadə müddəti xanasına kartın istifadə müddətinin son tarixi, CVV2/CVC2 xanasına kartın arxa üzündə əks olunmuş üç rəqəmdən ibarət olan kod daxil edilir və Təsdiq edin düyməsi vurulur.

3. MilliÖN - eManat - Expresspay - Easypay

MilliÖN aparatları vasitəsilə Portmanat balansını artırmaq üçün cihazın ekranında Elektron pul kisəsi seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımi xanada qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.

eManat aparatları vasitəsilə Portmanat balansını artırmaqdan ötrü cihazın ekranında E-pulqabı seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımı xanada qeyd olunur, 1AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.

Portmanat Kod-u necə əldə edə bilərəm?

Portmanat Kod həm skreç kart halında, həm də elektron formatda mövcuddur:

1. Portmanat Kod-u skreç kart halında xüsusi mağazalardan əldə etmək mümkündür. Mağazaların ünvanlarını Satış nəqtələrindən öyrənə bilərsiniz.

2. MilliÖN, eManat, Expresspay, Easypay

MilliÖN aparatlarından Portmanat Kod almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nomrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

eManat aparatlarından Portmanat Code şifrəsini almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nömrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

3. Plastik kart

Plastik Kart vasitesile kodu qeyd olunan sehifeden elde ede bilersiniz: Portmanat kod al

Portmanat Kod-un istifadə limiti necədir?

Balansın Portmanat kodla artırılması gündəlik 3 dəfə və ya toplam 1000 AZN məbləğində hesablanır.



ÖDƏNİŞLƏR

Portmanat vasitəsi ilə hansı ödənişləri etmək mümkündür?

Portmanat vasitəsilə internet provayderlər (Alfanet, Azeronline, Avirtel, Connect, KATV ADSL), TV (KATV1 TV, Connect TV), sosial şəbəkələr (Odnoklassniki, Vkontakte), Etopaz, Azərlotereya, TQDK (Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi), alqı-satqı saytlarında xidmət üçün müxtəlif ödənişlər, onlayn oyunlar və digər ödənişləri etmək mümkündür. Yaxın müddətdə Portmanat vasitəsilə mobil operatorlar və kommunal xidmətlərin ödənişi mümkün olacaqdır.

Maksimal ödəniş məbləği nə qədərdir?

Portmanat vasitəsilə gün ərzində maksimal ödəniş məbləği ödənişin növündən asılı olaraq 200AZN-dən 800AZN-a kimi ola bilər.

Mobil telefonla necə ödəniş etmək mümkündür?

Mobil telefonla da Portmanat.az saytına daxil olmaq mümkündür. Bununla yanaşı saytın programını endirərək, daha rahat ödənişlərinizi edə bilərsiniz.



PUL GÖNDƏRMƏK


Portmanat hesabımdan necə pul göndərə bilərəm?

Portmanat hesab səhifəsinə daxil olunur, Pul göndər düyməsinə vurulur. Pul göndər əməliyyatında Mobil nömrə xanasına pul göndəriləcək şəxsin Portmanat hesabına bağlı telefon nömrəsi, Məbləğ xanasına isə göndəriləcək məbləğ daxil edilir və aşağıda yerləşən Göndər düyməsinə vurulur.

Pul göndərmək və pul qəbul etmək limiti necədir?

Gündəlik pul göndərmək və pul qəbul etmək limiti 800 AZN-dir.

Qeyd: Portmanat hesabınızdan digər Portmanat istifadəçisinə göndərəcəyiniz məbləğ 1 AZN-dən az ola bilməz.



XİDMƏT HAQQI


Müştəri ödənişlərindən komissiya tutulurmu?

Saytımızda mövcud olan ödənişlərin əksəriyyətində əlavə komissiya tutulmur. Əgər ödənişdə əlavə komissiya tutulursa bu məlumat ödəniş səhifəsində qeyd olunur.



PARTNYOR OLMAQ

Portmanat ödəmə xidmətini necə qoşa bilərəm?

İlk olaraq www.portmanat.az/partners səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

Partnyor panele daxil olduqdan sonra:

Xidmətlər – Əlavə edilən xidmətlərin siyahısı;

Xidmət əlavə et – Yeni xidmətin əlavə edilməsi;

Statistika – Ödənişlərin tarix üzrə sıralanması;

API – Ödəniş formasının qurulma qaydaları və nümunələr.

Texniki kömək üçün haraya müraciət etməliyəm?

Skriptin qurulmasında və ya digər texniki kömək almaq üçün bizə email yaza bilərsiniz: [email protected]

Ödəniş statistikasını necə görə bilərəm?

Partnyor paneldə sol sütunda Statistika bölməsinə daxil olaraq ödənişlərin siyahısını tarix üzrə sıralanmasını görə bilərsiniz.
 


gamet

Zombi Katili
Mesajlar
150
En iyi cevaplar
0
Beğeniler
52
Puanları
390
Ruh hali
Bilgi verdiğin için teşşekkürler ama forumda fazla Azerbeycanlı yok diye biliyorum türkçe yazarsan daha yararlı bilgiler alabiliriz senden iyi ki aramıza katıldın Hoş Geldin

:asık:
 

gamet

Zombi Katili
Mesajlar
150
En iyi cevaplar
0
Beğeniler
52
Puanları
390
Ruh hali
Sana adres atsam bana azerbeycan abur cuburlarını atar mısın merak ediyorumda cipsini fln
 

Üst